"Təmiz Şəhər" ASC-nin çeşidləmədən əldə olunan məhsullarının müsabiqə yolu ilə satışı həyata keçirilir

18/10/2024 11:57

1. Qaydaların tətbiq sahəsi

Bu Qaydalar “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) təsərrüfat sahələri olan Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi və Balaxanı bərk məişət tullantılarının yandırılması zavodlarının (bundan sonra birlikdə –Təsərrüfat sahələri) fəaliyyəti nəticəsində tullantılardan çeşidlənərək əldə edilmiş təkrar emala yararlı xammalın (bundan sonra – məhsul) satışı işinin müsabiqə əsasında təşkil edilməsini tənzimləyir.

2. Prosedurun məqsədi

Bu Prosedurun məqsədi Cəmiyyətin Təsərrüfat sahələrinin fəaliyyəti nəticəsində tullantılardan çeşidlənərək əldə edilmiş məhsulun satışının müsabiqə üsulundan istifadə edərək həyata keçirilməsi, habelə şəffaf və rəqabət prinsiplərinəəsaslanan proses vasitəsilə Cəmiyyətin iqtisadi səmərəsinin yüksəldilməsinin təmin edilməsidir.

3. Müsabiqənin təşkili

3.1. Müsabiqə Cəmiyyətin Marketinq şöbəsi tərəfindən təşkil edilir.

3.2. Müsabiqə səmərəlilik, şəffaflıq və rəqabətlilik prinsipləri əsasında həyata keçirilir.

3.3. Müsabiqə satış üçün təklif olunan hər bir məhsul üzrə elektron formada təqdim edilmiş təkliflər yolu ilə həyata keçirilir.

3.4. Müsabiqə barədə elanlar Cəmiyyətin rəsmi internet səhifəsi və sosial media hesablarında yerləşdirilir, həmçinin müsabiqə ilə bağlı məlumatlar potensial alıcılara Marketinq şöbəsi tərəfindən elektron formada göndərilir.

3.5. Cəmiyyətin müsabiqə vasitəsilə satışını təşkil məhsulların siyahısı bu Prosedura edilmiş Əlavə 1-də əks olunmuşdur. Eyni zamanda, gələcəkdə çeşidləmə fəaliyyəti prosesində yeni məhsul çeşidi yaranarsa, Marketinq şöbəsi tərəfindən qeyd edilən siyahıya əlavə edilir və bununla bağlı Cəmiyyətin İdarə Heyəti tərəfindən Cəmiyyətin Müşahidə Şurasına məlumat verilir.

4. Müsabiqənin iştirakçıları və onlara dair tələblər

4.1. Müsabiqədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən fiziki və hüquqi şəxslər (bundan sonra – “İştirakçılar”) iştirak edə bilərlər.

4.2. İştirakçılar müsabiqədə iştirak üçün aşağıdakı sənədləri Cəmiyyətə təqdim etməlidirlər:

İştirakçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda - fərdi sahibkarın şəxsiyyət vəsiqəsinin surəti, fərdi sahibkarın vergi ödəyicisi kimi uçota alınmasına dair dövlət şəhadətnaməsinin surəti, fərdi sahibkarın ünvan məlumatları və bank rekvizitləri;

İştirakçı hüquqi şəxs olduqda - hüquqi şəxsin dövlət qeydiyyatına dair reyestrdən çıxarışın surəti, hüquqi şəxsin qanuni təmsilçisinin şəxsiyyət vəsiqəsinin surəti və bank rekvizitləri.

4.2.1. Qeyri-rezident hüquqi və ya fiziki şəxs olan iştirakçılar uyğunluq sənədlərini Azərbaycan Respublikasında əldə edə bilmədiyi hallarda, həmin sənədləri qeydiyyatda olduğu ölkədən əldə edərək qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmaqla və ya onlara apostil verilməklə təqdim edirlər.

4.3. İştirakçılar tərəfindən təqdim edilmiş sənədlərdəki məlumatlar bir-biri ilə uyğunsuzluq təşkil etdikdə, iştirakçı riskli vergi ödəyicisi olduqda və ya ödənilməmiş vergilər üzrə dövlət büdcəsinə borclu olduqda təkliflər qiymətləndirilmədən müsabiqədən kənarlaşdırılır.

4.4. Müştəri bazasında mövcud olan iştirakçıların Cəmiyyətə olan əvvəlki borclarının tam şəkildə ödənilməsi müsabiqədə iştirakın əsas şərtlərindəndir.

4.5. İştirakçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti şəxsi Cəmiyyətin İdarə Heyətinin üzvləri ilə qohumluq (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları) münasibətində olduqda həmin təkliflər qiymətləndirilmədən müsabiqədən kənarlaşdırılır.

4.6. Marketinq şöbəsi tərəfindən iştirakı təsdiqlənmiş bütün iştirakçılara xüsusi iştirak nömrəsi verilir.

5. Təkliflərin verilməsi

5.1. Müsabiqə elan olunduqdan sonra Marketinq şöbəsi iştirakçılara məhsullar ilə tanış olmaq üçün lazımi şəraiti yaradır. İştirakçılar vaxt təyin edildikdən sonra şəxsən və ya səlahiyyətli nümayəndələri vasitəsilə Cəmiyyətin müvafiq təsərrüfat sahələrinə məhsula baxış keçirir. Müsabiqədə iştirak etmək istəyən potensial alıcılar onlara göndərilmiş keçid vasitəsilə təklif formasını (Əlavə № 2) elektron qaydada dolduraraq Cəmiyyətə alış təkliflərini göndərirlər.

5.2. Təklif forması Azərbaycan dilində doldurulmalı və qiymət təklifi milli valyutada ƏDV daxil olmaqla göstərilməlidir.

5.2.1. Qeyri-rezident hüquqi və fiziki şəxslərin təklifləri xarici valyuta ilə göstərildikdə, təkliflərin təqdim edilməsinin son gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə əsas götürülür.

5.3. Müsabiqə elan olunduğu gündən 5 (beş) iş günü müddətində aktiv olur və hər günün sonunda müsabiqə elan olunmuş məhsullar üzrə İştirakçılara həmin gün üzrə verilmiş təkliflər elektron poçt vasitəsilə bildirilir. Bu məlumatlar əsasında iştirakçılara müsabiqə müddətində növbəti gün üçün daha yüksək qiymət təklifi vermək imkanı yaradılır.

5.4. İştirakçı, hər məhsul növü üzrə qiymət təklifini Marketinq şöbəsinin bazar araşdırması əsasında müəyyən edilmiş minimum məbləğdən yuxarı olmaqla, hər birində itki faizini göstərərək dəqiq rəqəmlərlə ifadə etməlidir. İştirakçılar eyni məhsul növü üzrə həmin gün üçün maksimum 1 qiymət təklifi qeyd etməlidir. Qeyd olunan tələblərə cavab verməyən təkliflər müsabiqədən kənarlaşdırılır və bunula bağlı həmin İştiakçılar Cəmiyyətin Marketinq şöbəsi tərəfindən məlumatlandırılır.

5.5. İştirakçının təklif etdiyi qiymətlər qəbul edildiyi təqdirdə bağlanılacaq alqı-satqı müqaviləsinin qüvvədəolma müddəti ərzində bu qiymətlərə inflyasiyaya uyğun olaraq qarşılıqlı razılaşma əsasında ildə bir dəfə düzəliş edilə bilər və bazar konyukturası təhlili əsasında vaxtaşırı yenidən baxıla bilər. Bu müddəalar müqavilədə qeyd edilməlidir. Hər hansı belə qiymət dəyişikliyi yalnız Cəmiyyətin İdarə Heyətinin yazılı qərarı ilə rəsmiləşdirilə bilər.

5.6. Cəmiyyət tərəfindən müsabiqədə hər bir İştirakçıdan təklif təminatı və ya depozit tələb edilə bilər. Təklif təminatının və ya depozitin məbləği Cəmiyyətin Marketinq şöbəsinin müdiri tərəfindən satışa təklif olunan məhsulun müəyyən olunmuş minimum qiymətinin 10%i nisbətində olacaqdır.

5.7. İştirakçıların qiymət təklifləri Cəmiyyət tərəfindən elan edilmiş son müraciət tarixinə qədər təqdim edilməlidir.

6. Təkliflərin qiymətləndirilməsi

6.1. Cəmiyyətin Marketinq şöbəsi tərəfindən bu Prosedura uyğun qaydada təqdim edilmiş bütün təkliflər təhlil edilərək son müraciət tarixindən etibarən 5 (beş) iş günü ərzində qiymətləndirilməsi aparılır və Cəmiyyətin İdarə Heyətinə təqdim edilir.

6.2. Müsabiqə təkliflərinin qiymətləndirilməsi zamanı məhsula verilən qiymət təklifi və ikti faizi əsas meyarlar kimi götürülür.

6.3. İştirakçının təklifində müsabiqənin bu Qaydalarla müəyyən edilmiş əsas şərtlərini pozmayan, habelə onun məzmun və mahiyyətinə təsir etməyən, aradan qaldırılması mümkün olan texniki səhv və çatışmazlıqlar olduqda həmin təklifə müsabiqə tələblərinə uyğun gələn təklif kimi baxıla bilər.

6.4. Cəmiyyətin Marketinq şöbəsi tərəfindən təkliflərin qiymətləndirilməsi yekunlaşdırılaraq ən səmərəli təklifi vermiş İştirakçı barədə məlumatlar müvafiq alqı-satqı müqaviləsinin bağlanması məqsədilə Cəmiyyətin İdarə Heyətinə təqdim edilir. Cəmiyyətin İdarə Heyətinin razılığı alındıqdan sonra qalib İştirakçıya bildiriş göndərilir və İştirakçı ilə Cəmiyyət arasında alqı-satqı müqaviləsi bağlanır. Müqavilə 1, 3 və ya 5 illik müddətinə bağlana bilər. Marketing şöbəsi tərəfindən mütəmadi (rüblük) bazar araşdırmaları aparılaraq, qiymətlər təhlil edilməli və Cəmiyyətin satış qiymətləri ilə fərq aşkarlandıqda müqavilələrdə nəzərdə tutulan satış qiymətlərininin artırılması ilə bağlı Cəmiyyətin İdarə Heyətinə müraciət etməlidir. Cəmiyyətin İdarə Heyətinin razılığı ilə Marketing şöbəsi və Cəmiyyətin digər aidiyyəti struktur bölmələri tərəfindən mövcüd müqavilə tərəfi ilə danışıqlar aparılaraq müqavilə qiymətləri yenilənə bilər. Müqavilənin uzadılması Marketinq şöbəsinin bazar raşdırılmasına və mövcud müqavilənin Cəmiyyətinin iqtisadi səmərəliyinə təsiri nəzərə alınmaqla qərarlaşdırılır.

6.5. Qalib elan edilmiş İştirakçı alqı-satqı müqaviləsinin bağlanılmasından imtina etdikdə və ya qalib elan olduğuna dair bildiriş təqdim edildiyi gündən 5 (beş) iş günü ərzində alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri addımlar atmadıqda ən səmərəli təklif vermiş növbəti İştirakçı qalib elan olunur və müvafiq tədbirlər icra edilir.

6.6. Qiymət təklifi bərabər olduğu və ya iqtisadi səmərəliliyin fərqi maliyyə effekti illik 1,000 (min) AZN və aşağı olduğu hallarda, İştirakçılar arasında Balaxanı Sənaye Parkında təkrar emal fəaliyyəti həyata keçirən rezidentlərinə üstünlük verilə bilər.

7. Məhsulun təchizatı

7.1. Məhsulun təchizatı qalib İştirakçı ilə bağlanmış alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qaydada aparılacaqdır.

8. Etik davranış qaydaları

8.1. Cəmiyyətin təkliflərin qiymətləndirilməsində iştirak edən işçiləri peşə vəzifəsini yerinə yetirərkən bu Qaydaların təlıblərinə tam əməl etməli, qərəzsiz davranmalı, müsabiqə iştirakçıları arasında heç bir fərq qoymamalı, özünün və ya maraqlı tərəflərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə və ya belə bir şəraitin yaranmasına yol verməməlidir.

8.2. Cəmiyyətin təkliflərin qiymətləndirilməsində iştirak edən işçiləri qiymətləndirmə dövründə müsabiqə İştirakçıları ilə yalnız müsabiqənin keçirilməsi üçün zəruri olan rəsmi yazışmalardan kənara çıxan hər hansı ünsiyyətdə olmamalıdırlar.

8.3. Müsabiqə təkliflərinin qiymətləndirilməsi ilə bağlı hər hansı İştirakçı tərəfindən müsabiqə nəticələrinə təsir etmək üçün edilən cəhdlər belə hərəkətlərə yol vermiş İştirakçının təklifinin kənarlaşdırılması və sonrakı müsabiqələrdə iştirakının məhdudlaşdırılması ilə nəticələnə bilər.

8.4. Cəmiyyətin təkliflərin qiymətləndirilməsində iştirak edən işçiləri öz vəzifələrinin icrası zamanı müsabiqə ilə bağlı ona məlum olan məlumatların məxfiliyini tam təmin etməli və bu məlumatların üçüncü şəxslərə ötürülməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir. 

8.5. Müsabiqədə İştirakçı qismində çıxış edən fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri ilə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən təchizatçının aidiyyəti şəxsi ilə və ya nümayəndəsinin qohumları ilə (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları), əlaqəsi olan, habelə İştirakçı ilə təsisçilik və (və ya) hüquqi və maliyyə asılılığı münasibəti olan Cəmiyyətin işçilərinin həmin İştirakçının təkliflərinin qiymətləndirilməsində iştirak etməsinə yol verilmir.

8.6. Cəmiyyətin təkliflərin qiymətləndirilməsində iştirak edən işçiləri bu tələblərə riayət etmədiyi təqdirdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Müsabiqə Müddəti: 18-24 Oktyabr

Müsabiqədə iştirak etmək üçün keçid:  
https://docs.google.com/forms/d/e/1FAIpQLSeIhNxlvL8TLGCnBCc3AgV05OU1S-f599eGzEpKcNVukF3zjw/viewform


Əlavə 1 

Cəmiyyətin təsərrüfat sahələrindən çeşidlənərək əldə edilmiş təkrar emala yararlı xammalın çeşidlər üzə siyahısı, orta aylıq miqdarı və qiyməti


Xammalın növü

Miqdarı ton (aylıq)

Minimum qiymət ton/azn

1

Karton

660

85

2

Yanmış metal

500

60

3

Şüşə (rəngli-şəffaf)

61

30 / 50

4

PET

59

250

5

Qara metal

47

295

6

Polietilen (rəngli-şəffaf)

36

120 / 170

7

Plastmas

11

300

8

Yararsız ehtiyat hissələri

5

50

9

Dəmir banka

2

1500

10

Elektrik tullantılar

2

1000

11

Rezin

2

200

12

Kisə

2

70

13

Butulka qapağı

1

400

14

Əlvan metal (latun/alüminium/düral/sink/mis)

0.6

4300/1800/1600/1200/9000

15

Dezedorant flakonu

0.4

1400

16

İşlənmiş mühərrik yağları

0.3

200

17

Tullantı qida yağları

0.3

100

18

Təkər


17