Binəqədi rayonunda ekoloji mövzuda təlim keçirilib
28/10/2024 16:40
“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 öncəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən məktəblilərə ekoloji mövzuda təlim keçirilib.
Maarifləndirmə məqsədi daşıyan görüşdə "Qlobal iqlim dəyişmələrinin azaldılmasında fərdlərin EKOetik davranışları" və bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. Yer sakinlərinin üzərinə düşən öhdəlik və təbiətə biganə münasibətin nəticələri haqqında müzakirələr aparılıb. Şagirdləri ekoloji mövzuda maraqlandıran suallar cavablandırılıb və təlim iştirakçılarına bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı məlumatlandırıcı bukletlər təqdim edilib.