Xarici media nümayəndələri “Tullantıdan Sənətə” muzeyini ziyarət ediblər

18/11/2024 17:45

Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan xarici media nümayəndələri üçün “Tullantıdan Sənətə” muzeyinə mediatur təşkil edilib. Mediatur çərçivəsində jurnalistlər tullantılardan hazırlanan incəsənət nümunələrinin sərgiləndiyi unikal muzeylə tanış olublar. 

Məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildən “Təmiz Şəhər” ASC tərəfindən ənənəvi olaraq keçirilən "Tullantıdan Sənətə" sərgisi zamanı hazırlanan eksponatlar 2015-ci ildən bu muzeydə nümayiş etdirilir. Muzey indiyədək 46 ölkədən 200-ə yaxın yaradıcı şəxsin əsərlərinə ev sahibliyi edir.

Bildirilib ki, ekoloji məsuliyyətin incəsənətlə birləşdirildiyi “Tullantıdan sənətə” muzeyi  yaradıcılığın sərhədsizliyini və davamlılığını nümayiş etdirməklə yanaşı, tullantıların ümumi həcminin azalmasına xidmət edir.