Şagirdlər üçün maarifləndirici təlim təşkil olunub
31/01/2025 17:34
"Təmiz Şəhər"ASC-nin əməkdaşları tərəfindən Bakı şəhəri 6 nömrəli məktəbin şagirdləri üçün tullantıların idarə olunması mövzusunda maarifləndirici təlim keçirilib. Tədbirin əsas məqsədi məktəblilərə tullantıların ətraf mühitə təsiri, onların düzgün idarə olunması və təkrar emal imkanları haqqında ətraflı məlumat vermək olub.
Təlim çərçivəsində şagirdlərə tullantıların təsnifatı, təkrar emala yararlı və yararsız tullantılar barədə geniş məlumat verilib. Onlara ekoloji şüurun formalaşdırılması və ətraf mühitin qorunması istiqamətində fərdi məsuliyyətin əhəmiyyəti izah edilib. Tədbir interaktiv xarakter daşıyıb, şagirdlərlə maraqlı oyunlar və diskussiyalar təşkil olunub, sual-cavab sessiyası keçirilib.