Məktəblilər üçün məlumat turu təşkil olunub

06/02/2025 15:21

Bakı şəhəri Xəzər rayonu 26 nömrəli məktəbin şagirdləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar. Əvvəlcə şagirdlərə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun fəaliyyəti ilə bağlı məlumat verilib. Tullantıların çeşidlənməsi və təkrar emal müəssisələrinə göndərilməsi prosesini izlədikdən sonra məktəblilər Balaxanı Sənaye parkında olublar. Özləri ilə gətirdikləri təkrar emala yararlı tulllantıları burada fəaliyyət göstərən rezidentlərə təhvil veriblər. Şagirdlərə tullantıların düzgün idarə edilməsinə maraq göstərdiklərinə görə minnətdarlıq ifadə edilib və onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.