“Landau” məktəbində şagirdlərin iştirakı ilə təlim və ağacəkmə aksiyası keçirilib

08/05/2025 11:35

“Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən “Landau” məktəbinin “Sea Breeze” kampusunda yuxarı sinif şagirdlərinə “Bərk məişət tullantılarının düzgün idarə olunması” ilə bağlı təlim keçirilib. Məktəblilərlə tullantıların evlərdə ilkin çeşidlənərək atılmasının üstünlüklərindən və bu prosesdə hər kəsin aktiv iştirakının  vacibliyindən bəhs olunub.  Tullantının təbiətdə yaratdığı fəsadlar və düzgün idarə olunmanın mümkünlüyü barədə ətraflı məlumat verilən təlimdə şagirdləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Məktəbin 10-cu sinif şagirdi İsgəndər Fərəcullayevin müraciəti əsasında  keçirilən təlim ağacəkmə aksiyası ilə davam edib. “Təmiz Şəhər” ASC-nin “Bizimlə böyüyən ağac” layihəsi çərçivəsində məktəbin həyətində ağac əkilib.