“Təmiz Şəhər” ASC-nin əməkdaşları arasında Milli Qurtuluş Gününə həsr olunan futbol turniri keçirilib
13/06/2025 17:19
“Təmiz Şəhər” ASC-nin kollektivi arasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan futbol turnirində 6 komanda mübarizə aparıb. Aparat və təsərrüfat sahələrinin əməkdaşlarının iştirakı etdiyi oyunlarda xal hesabı ilə “Aparat” komandası digər komandaları üstələyərək, gərgin keçən mübarizə şəraitində turnirin qalibi olub. “Çeşidləmə” komandası 2-ci, “Mühafizə 2” komandası isə 3-cü yeri tutub. Turnirdə qalib komandalara diplomlar və mükafatlar təqdim edilib.


















