"Card to Art" sosial-ekoloji layihəsi Xankəndidə
04/11/2025 10:25
"Təmiz Şəhər" ASC-nin təşkilatçılığı, bir sıra dövlət qurumlarının, şirkətlərin və ictimai birliklərin dəstəyi ilə başladılan "Card to Art" sosial-ekoloji layihəsinin əhatə dairəsi genişlənir. Zəfər günü ərəfəsində qutuların yerləşdirildiyi növbəti məkan işğaldan azad edilən Xankəndi şəhəri oldu.
Xankəndi sakinləri istifadə müddəti başa çatan plastik (bank, nəqliyyat, endirim və.s) kartları “Araz” supermarketin Xankəndi filialındakı qutulara ataraq bu bölgədə plastik tullantıların azalmasına töhfə verəcəklər.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif məkanlarda yerləşdiriləcək xüsusi qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to ART” sərgisində ziyarətçilərə təqdim olunacaq.
Ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulan “Card to ART” sosial layihəsi davam etdiyi müddət ərzində xidmətində plastik kartdan istifadə edən bütün tərəflər layihəyə qoşula və korporotiv məsuliyyət proqramına uyğun olaraq dəstək verə bilərlər.

