Qala Nar Festivalı

14/11/2011 22:50

“Təmiz Şəhər” ASC-nin dəstəyi ilə “EkoSfera” Sosial-Ekoloji Mərkəzi “Qala” Tarixi-Etnoqrafik Muzey Kompleksi ilə birgə Abşeronun Qala kəndində Nar festivalı çərçivəsində “Abşeron: Terra qranatum” tədbiri keçirdi.

Festival çərçivəsində Qala ərazisində nar ağacı bağlarının salınması, dekorativ-tətbiqi sənətkarlıq nümayişləri (qurama, xalçaçılıq, keramika), nar şirələrinin dequstasiyası, “Nar pəhləvanları”nın yarışması, uşaq meydançasında “face painting” (üz boyamaları), parça üzərində rəssamlıq (kəlağayı və batik), keramika (dulusçuluq), araqçınların hazırlanması, “Abşeronun nar bağları” mövzusunda uşaqlar üçün rəsm müsabiqəsi, intellektual karaoke, nardan və şərq şirniyyatlarından hazırlanmış kompozisiyaların sərgisi, rəsm sərgisi, auksiyon və lotereya, velosiped yarışı təşkil edilmişdir.