“Təmiz Şəhər” ASC sağlam və təhlükəsiz əmək şəraitinə görə sertifikatla təltif olunub
28/04/2026 17:31
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində əldə etdiyi uğurlara görə sertifikatla təltif olunub.
“Təmiz Şəhər” ASC əməkdaşları üçün sağlam və təhlükəsiz iş mühitinin formalaşdırılmasını prioritet istiqamət kimi müəyyən edib və bu sahədə davamlı olaraq tədbirlər həyata keçirməkdədir. Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının təmin edilməsi, əməkdaşların sağlamlığının qorunması, eləcə də müvafiq standartların tətbiqi istiqamətində fəaliyyətlər davam etdirilir.
Qeyd edək ki, bu təltif ölkədə əmək şəraitinin yaxşılaşdırılmasına və “Təmiz Şəhər” ASC-nin fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.
