Tullantılar arasından tapılan silah-sursat hissələri hüquq-mühafizə orqanlarına təhvil verilib

21/05/2021 18:35

Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb və “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilib.
Qeyd edək ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda təkrar emala yararlı tullantılar çeşidlənərək emal müəssisələrinə göndərilir. İş prosesi zamanı təhlükəli əşyalar aşkar edildikdə isə, aidiyyatı üzrə hüquq mühafizə orqanlarına təhvil verilir.