“Planetimizi Sağaldaq” müsabiqəsinin qalibləri mükafatlandırıldı
09/06/2021 14:40
Ümumdünya Ətraf Mühit Günü münasibəti ilə iyunun 8-də “Tullantıdan sənətə” muzeyində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən elan edilən “#PlanetimiziSağaldaq” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqədə ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatın zənginləşdirilməsində maraqlı olan 7-12 yaşlı uşaqlar iştirak ediblər.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən layihəyə uşaqlar böyük maraq göstəriblər. Mükafatlandırma mərasimində tədbirin keçirildiyi “Tullantıdan sənətə” muzeyi və tullantıların idarə olunması istiqamətində “Təmiz şəhər” ASC-nin fəaliyəti ilə bağlı geniş məlumat verilib.