"Təmiz Şəhər" ASC-nin əməkdaşları və AzTU-nun müəllim və tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

24/12/2021 17:31

24 dekabr tarixində Azərbaycan Respulikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin 60 illik yubileyi münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup tələbə və müəllimləri ağacəkmə akiyasında iştirak ediblər.

 “Təmiz Şəhər” ASC-nin Balaxanı rayonunda yerləşən  ərazisində keçirilən aksiyasda 100 ədəd həmişəyaşıl ağac tingi əkilib. Sözügedən aksiyada universitetin gənclər təşkilatlarının fəalları yeni əkilən ağacları suvarıb, müvafiq qaydada qulluq göstəriblər.