Balaxanı Sənaye Parkında 25-ci rezident qeydiyyatdan keçdi

16/03/2022 15:23

Balaxanı Sənaye Parkında növbəti, 25-ci rezident qeydiyyatdan keçib. Tullantı şinlərdən rezin döşəmə istehsalı və satışı ilə məşğul olacaq yeni rezident, "Eko Step Baku" MMC tərəfindən il ərzində təxminən 300 tondan çox məhsul istehsalı nəzərdə tutulur. Təkrar emal nəticəsində əldə olunacaq müxtəlif ölçüdə rezin örtüklər uşaq, oyun meydançalarında, idman meydançalarında, fərdi evlərin həyətyanı sahələrində, parkinqlərdə, səkilərdə, piyada keçidlərində, hovuz ətraflarında və.s yerlərdə istifadə ediləcək. Bu fəaliyyət hər il təbiətə atılan böyük həcmdə tullantını təkrar emala cəlb edərək, ətraf mühitin mühafizəsinə və yaşıl iqtisadiyyata töhfə verəcək. “Təmiz Şəhər”ASC olaraq yeni rezidentimizə uğurlar arzulayırıq!