Bir sıra müəssisələrin əməkdaşları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə səfər ediblər

22/04/2022 19:07


22 aprel “Beynəlxalq Yer günü” ilə əlaqədar Hilton Bakunun, (Baku City Circuit) Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və Sağlam Ailə Tibb Mərkəzinin əməkdaşları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turunda iştirak ediblər. Əvvəlcə Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qonaqlara tullantıların çeşidlənməsi və təkrar emal müəssisələrinə göndərilməsi prosesi nümayiş etdirilib. Zavodda tullantıların içərisindən tapılan dəyərli əşyalardan ibarət yaradılan güşəni tur iştirakçıları böyük maraqla izləyiblər.
Balaxanı Sənaye Parkında təkrar emal prosesi ilə məşğul olan rezidentlərə özləri ilə bərabər gətirdikləri çeşidlənmiş tullantıları təhvil verən iştirakçılar buradakı istehsal prosesini müşahidə ediblər. Diqqətə çatdırılıb ki, Balaxanı Sənaye Parkında tullantıların təkrar emalından indiyə qədər 100 milyon manatdan çox dəyərdə məsul istehsal olunub və bu məhsulların 10 %-ə qədəri xarici ölkələrə ixrac edilib.Sonra isə Bakı Bərk məişət tullantıların yandırılması zavodunun fəaliyyəti ilə tanış olan qonaqlara bildirilib ki,  Bakı şəhərində əmələ gələn bərk məşiət tullantılarının hər il 500 min tonu bu zavodda yandırılaraq il ərzində 200 milyon kilovat/saata yaxın elektrik enerjisi əldə edilirQeyd edək ki, ilk dəfə 22 aprel 1970-ci ildə keçirilən “Beynəlxalq Yer günü” ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Fəliyyətləri ətraf mühitin  mühfizəsini əhatə edən sahələr insanların bu istiqamətdə daha fəal olmalarını və təbiətin qorunmasına dəstək vermələrini təbliğ edir. Bərk məişət tullantılarının düzgün idarə edilməsi üzrə  10 ildən artıq bir müddətdə müsbət təcrübəsi olan  “Təmiz Şəhər” ASC əlamətdar günlərdə mütəmadi olaraq məlumt turları təşkil edir.