“Təmiz Şəhər” ASC-nin əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinə dəstək məqsədilə 5 may 2022-ci il tarixində qanvermə aksiyasında iştirak ediblər.
Ətraflı oxu22 aprel “Beynəlxalq Yer günü” ilə əlaqədar Hilton Bakunun, (Baku City Circuit) Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və Sağlam Ailə Tibb Mərkəzinin əməkdaşları “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turunda iştirak ediblər. Əvvəlcə Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qonaqlara tullantıların çeşidlənməsi və təkrar emal müəssisələrinə göndərilməsi prosesi nümayiş etdirilib.
Ətraflı oxu18 mart bütün dünyada təkrar emal günü kimi qeyd edilir. Bu münasibətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekokönüllüləri “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrində olublar. Təkrar emala diqqət çəkmək məqsədi ilə gənclər evlərində çeşidlədikləri tullantıları gətirərək, Balaxanı Sənaye Parkında fəaliyyət göstərən rezidentlərə təhvil veriblər.
Ətraflı oxu