Böyükşor gölü tələbələrin mühazirə mövzusu olub

19/10/2021 16:30

Böyükşor gölünün ekoloji bərpası layihəsi Bakı Mühəndislik Universitetinin magistratura pilləsində təhsil alan tələbələrin mühazirə mövzusu olub. “Su obyektlərinin ekoloji bərpası” mövzusunda gölün ətrafında keçirilən əyani dərsdə tələbələrə Böyükşor gölünün təmizlənməsi istiqamətində aparılmış işlər və onların nəticələri haqqında ətraflı məlumat verilib. “Təmiz Şəhər” ASC-nin əməkdaşı,coğrafiya üzrə fəlsəfə doktoru Elnur Əliyev bildirib ki, bir vaxtlar durumu ekoloji cəhətdən gərgin olan Böyükşor gölünün ətrafı indi şəhər sakinlərinin üz tutduqları ən yaxşı istirahət məkanlarından biridir. O, qeyd edib ki, suyu təmizlənən hissədə qida zəncirinin ilkin mərhələsinin formalaşması nəticəsində ilin bəzi dövrlərində göldə köçəri quşları da görmək mümkün olur. Tələbələr üçün maraqlı və öyrədici mühitdə keçən mühazirədən sonra “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.