Sənaye parklarının ekoloji mühitə təsiri ilə bağlı “Təmiz Şəhər” mərkəzində müzakirə aparılıb

25/11/2021 10:24

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən “Təmiz Şəhər” Mərkəzində Cəmiyyətin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev tərəfindən “Ekoloji sənaye parklarının ətraf mühitin mühafizəsində rolu” mövzusunda seminar keçirilib. Universitetin Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrinin iştirak etdiyi seminarda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən layihələr, tullantıların düzgün idarə edilməsinin ekoloji mühitə təsiri, eləcə də təkrar emal üçün mövcud imkanlar haqqında geniş məlumat verilib. Tullantıların idarə edilməsi sahəsində müsbət təcrübəsi olan “Təmiz Şəhər” ASC-nin nəzdində fəaliyyət göstərən Balaxanı Sənaye Parkı və digər təsərrüfat sahələri ilə bağlı videoçarxlar nümayiş olunub və sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.  Qeyd edək ki, “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində yaradılan mərkəzdə davamlı olaraq bu tipli seminarlar və müxtəlif tədbirlər həyata keçirilir